Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzMİU-nun mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə universitetin foyesində memarlıq abidələrimizə həsr olunmuş foto sərgi ilə tanış olublar. Onu da qeyd edək ki, sərgidə hazırda işğal altında olan rayonlarımızda erməni vandalizminin qurbanı olan memarlıq abidələrimizin foto şəkilləri də yer alıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfrans iştirakçılarını salamlayıb, konfransın işində onlara uğurlar arzulayıb. G.Məmmədova konfransda iştirak edən Milan Politexnik Universitetinin nümayəndələrini bu günkü konfransda görməkdən şad olduğunu deyib, universitetlər arasında əməkdaşlıqdan söz açıb.
AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, memarlıq doktoru Səbinə Hacıyeva “Qarabağ memarlığının inciləri- Xudavəng və Gəncəsər” mövzusunda məruzə ilə çıxış edərək, Xudavəng və Gəncəsər abidələrinin tarixindən, bu günkü real vəziyyətindən söz açıb.
Milan Politexnik Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Nora Lombardini İtalyada abidələrin bərpası istiqamətində, tarixi və müasir binalarda aparılan restavrasiya və konservasiya işlərindən söz açıb.
Konfransda Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitunun direktoru Telman Kərimli, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Səfər Aşurov və başqaları maraqlı məruzələrlə çıxış ediblər.


Son xəbərlər
Son Xəbərlər