Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İctimai fənlər kafedrasının təşkilatçılığı ilə tələbələr üçün 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib.
"Qafqazinfo" xəbər verir ki, konfransı açıq elan edən İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva konfransın dövlət başçısı İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb.
Kafedranın baş müəllimi İzzətxanım Musayeva çıxışında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların tarixi köklərinin 18 və 19-cu əsrlərə dayandığını və 200 yüz ildən artıq bir dövrü əhatə etdiyini deyib.
Sonra Nəqliyyat fakültəsinin tələbəsi Nazənin İsmayılova, İnşaat-texnologiya fakültəsinin tələbəsi Günay Abbaszadə, Memarlıq fakültəsinin tələbələri Aysel Rzayeva, Rəşad Mahmudov və digər tələbələrin azərbaycan, rus və ingilis dillərində hazırladıqları Bakı, Şamaxı, Quba, Gəncə, Qarabağ, Cənubi Azərbaycan ərazisi olan Urmiya, Xoy, Ərdəbil, Təbriz və başqa qəzalarda ermənilərin törətdikləri vəhşiliklərin ağır nəticələrindən bəhs edən mühazirələri dinlənilib.
Son xəbərlər
Son Xəbərlər