AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında müqavilə

azmiu-ile-daskend-memarliq-ve-insaat-institutu-arasinda-muqavile
Oxunma sayı: 1153

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tədris işləri üzrə prorektoru Akif  Qasımov mayın 7-də Özbəkistanın Daşkənd Memarlıq və İnşaat İnstitutunda (DMİİ) işgüzar səfərdə olub. Səfərin məqsədi institutla tanışlıq, qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirə edilməsi olub. 

“Qafqazinfo”nun xəbərinə görə, AzMİU-nun prorektoru A.Qasımov DMİİ -nin birinci prorektoru Abdulla Mirisayevlə görüşüb. Görüşdə DMİİ-nin Bina və qurğuların tikintisi fakültəsinin dekanı İslambek Əliyev, Bina və qurğular kafedrasının müdiri Uluqbek Axmadierov və institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri iştirak edib. Prorektor AzMİU-nun fakültə və ixtisasları, maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə ətraflı məlumatlar  verib. 

DMİİ prorektoru A.Mirisayev də institutun tarixi, fakültələri, maddi texniki bazası, yeni kampusu və beynəlxalq əlaqələri barədə məlumat verib. 

Qarşılıqlı müzakirələrdən sonra ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.