Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının üzvləri maraqlı təşəbbüslə çıxış ediblər.
“Qafqazinfo” xəbər verir ki, gənclər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə universitetin həyətində fləşmob keçiriblər.
32 gəncin iştirak etdiyi fləşmobda gənclər əllərində Azərbaycan bayrağının rənglərini əks etdirən şüar nümayiş etdiriblər. Şüarda ulu öndər Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı əks olunub.
Gənclərin fəallığı, çoşqusu ətrafdakıların da marağına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər