Azneft dairəsi bağlandı

azneft-dairesi-baglandi
Oxunma sayı: 3834

Dünən gecə saatlarından Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılıb. Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metr genişliyədək daraldılıb və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunub.

Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub. Xatırladaq ki, 14-21 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.