“Azneft” dairəsində maşın yandı - Video

azneft-dairesinde-masin-yandi
Oxunma sayı: 4365

Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.