Azneft dairəsində yol qismən bağlı olacaq

azneft-dairesinde-yol-qismen-bagli-olacaq
Oxunma sayı: 3102

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.

Belə ki, 15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.