Azneftkimyamaşa məxsus binada yanğın

azneftkimyamasa-mexsus-binada-yangin-
Oxunma sayı: 819


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda Azneftkimyamaş ASC-yə məxsus Suraxanı Maşınqayırma zavodunun ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində olan mühafizə otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 8 kv.m sahədə yanıb. 

İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.