“Qafqazinfo” xəbər verir ki, 3 yaşlı sayt hazırda öz oxucu kütləsi olan, gündəlik eksklüziv xəbər istehsal edən, müsahibələr yayımlayan, araşdırmalar edən və xarici KİV orqanlarından maraqlı tərcümələr təqdim edən bir media orqanıdır. On minlərlə oxucu auditoriyası olan sayt 24 saat aktiv xəbər xidməti həyata keçirir. Operativliyi ilə seçilən AzNews.az paylaşdığı özəl xəbərlərlə diqqət cəlb etməyi bacarıb. Saytın daim hakker hücumuna məruz qalması da, onun yaydığı xəbərlərin güzəştsizliyi ilə ehtiva oluna bilər. Bu media orqanı öz kiçik kollektivi ilə bu gün Azərbaycanda müstəqil xəbər siyasəti həyata keçirir. Sayt 3 yaşını böyük şəkildə qeyd etməyi nəzərdə tutmasa da, kollektivlə bir yerdə keçirməyi planlayır.
Son xəbərlər
Son Xəbərlər