Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib.
“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - o deyib.
Son xəbərlər
Son Xəbərlər