“Azpetrol”dan benzin qiymətinin qalxması ilə bağlı- - Açıqlama

azpetroldan-benzin-qiymetinin-qalxmasi-ile-bagli-
Oxunma sayı: 5178


Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azpetrol Şirkəti tərəfindən Premium markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılmış və 13 yanvar 2015 ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti  95 qəpikdən 93 qəpiyə endirilib.

30 dekabr 2014-cü il tarixli 1167- İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikasının Qanununa  əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək  Premium markalı yanacağın 1 litrinin  pərakəndə satış qiyməti  13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.