“Aztelekom”un rəhbəri dəyişdi - Yenilənib

aztelekomun-rehberi-deyisdi
Oxunma sayı: 8425

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə ("Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

Xatırladaq ki, bir müddət əvvəl də yerli mediada "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müllerin vəzifəsindən azad olunması haqda xəbər yayılmışdı, lakin qurum yazılanları təkzib etmişdi. 

***

Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib.

Onun “Aztelekom” MMC-yə rəhbərlik etdiyi müddət ərzində şirkətin texniki və IT infrastruktur yenilənməsi, genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm layihələrə start verilib. Bu layihələrdən ən əhəmiyyətlisi isə ucqar regionlar da daxil olmaqla ölkə müxtəlif yerlərində çox sayda ev təsərrüfatı üçün fiber-optik internet şəbəkəsinin qurulması olub. 

Qeyd edilir ki, hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib.  Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.  Həmçinin, Elçin Niyazov 1-ci “Yüksəliş” müsabiqəsinin finalçılarındən biri olub.

Klaus Müller