“Aztelekom”un rəhbərliyində kadr dəyişikliyi

aztelekomun-rehberliyinde-kadr-deyisikliyi
Oxunma sayı: 3026

“Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. 

"Qafqazinfo" “APA”ya istinadən xəbər verir ki, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və “Aztelekom” MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.

“Aztelekom” MMC-dən “APA-Economics”ə faktı təsdiqləyiblər.

Qeyd edək ki, “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.