Aztəminatlı ailələrə yardım edilib

azteminatli-ailelere-yardim-edilib-
Oxunma sayı: 850


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edən Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. Daha sonra görüş iştirakçıları adından çıxış edən Qaradağ rayon Korlar Cəmiyyətinin sədri Cəlaləddin Bayramov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirib. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə ərzaq yardımı verilib.