“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova görüşdə iştirak edən hər kəsi Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından 15 iyun - Qurtuluş Günü münasibəti ilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan bu gün respublikamızın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. Hər birimiz üçün unudulmaz olan bu tarixi gün müasir Azərbaycanın milli müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daha sonra görüş iştirakçıları hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.