Aztəminatlı Yasamal sakinlərinə qurban payları çatdırılıb - Fotolar

Aztəminatlı Yasamal sakinlərinə qurban payları çatdırılıb
Oxunma sayı: 1065

Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı Yasamal sakinlərinə qurban payları çatdırılıb. Bu barədə “Qafqazinfo”ya Yasamal RİH-dən məlumat verilib.

Bildirilib ki, bayram paylarının ünvanlara çatdırılmasına Yasamal bələdiyyəsinin əməkdaşları cəlb olunub. Bu xeyirxah aksiya tənha şəxsəri, əlilləri, müharibə veteranlarını və əhalinin qayğıya ehtiyacı olan minə yaxın şəxsi əhatə edib. Qurbanların kəsimi və ünvanlara çatdırılması sanitar-epidemioloji qaydalara riayət edilməklə həyata keçirilib.

Yasamal sakinləri bu nəcib əmələ görə Azərbaycan rəhbərliyinə xüsusi təşəkkürünü bildiriblər. Vətəndaşlar karantin rejimi şəraitində aztəminatlı şəxslərin qayğısına xüsusi diqqət yetirdiyinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.

Qeyd edək ki, müxtəlif sosial proqramlara dəstək verən Yasamal rayon İcra Hakimiyyəti aztəminatlı ailələri və qayğıya ehtiyacı olan şəxsləri daima diqqət mərkəzində saxlayır.  





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi