Aztəminatlılara ev verilməsi ilə bağlı dəyişiklik qəbul edildi

azteminatlilara-ev-verilmesi-ile-bagli-deyisiklik-qebul-edildi
Oxunma sayı: 2734

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə ev veriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Milli Məclisin bugünkü plenar iclasında “Mənzil Məcəlləsi”nə dəyişiklik təklifində irəli sürülüb.

Dəyişikliyə görə, sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verilməsi təklif olunur.

Layihə deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.