AzTU-ya yeni prorektor təyin olundu

aztu-ya-yeni-prorektor-teyin-olundu
Oxunma sayı: 5709

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Nadir oğlu Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, Sübhan Namazov 1971-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. 

2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan Sübhan Namazov ümumilikdə 170 elmi əsərin, o cümlədən xaricdə dərc olunmuş 45 elmi əsərin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 25 məqalənin, 2 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.