“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) yeni kadr təyinatı olub.
QSC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qurumun əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib.
Orucov bu təyinatadək həmin studiyanın direktor müavini vəzifəsində işləyib.
Ona qədər İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsini Tural Məmmədov tuturdu. O, fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.

Tural Məmmədov
Son xəbərlər
Son Xəbərlər