AzTV-dən şok açıqlama - - Prezidentin kadr islahatlarını vermirik

aztv-den-sok-aciqlama-
Oxunma sayı: 6110


AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bildirib ki, təmsil etdiyi qurum artıq bir neçə ildir ölkə başçısı İlham Əliyevin dövlət qurumlarında kadr dəyişikliyi ilə bağlı sərəncamlarını efirə vermir: “Kadr dəyişiklikləri ilə bağlı rəsmi xəbərləri artıq bir neçə ildir ki, səsləndirmirik”.

AzTV-nin sözçüsü bunun səbəbləri barədə isə heç nə deməyib. 

Xatırladaq ki, prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncam adıçəkilən şəxsə yaxın olan media qurumları və rəsmi KİV-lərdə yer almayıb.