Jurnalist, AzTV-nin Qarabağ Bürosunun rəhbəri Sənan Həsənoğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda musavat.com-a onun yaxınları məlumat veriblər.
S.Həsənoğlu infarkt keçirib və 1 saylı Respublika Xəstəxanasına – reanimasiya şöbəsinə yerləşdirilib. Onun durmununn yaxşı olmadığı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl də S.Həsənoğlunun ürəyində problemlər yaranmış və o, müalicə aldıqdan sonra evə buraxılmışdı.
Son xəbərlər
Son Xəbərlər