AzTV sədri özünə yeni müavin təyin edib?- - Açıqlama

aztv-sedri-ozune-yeni-muavin-teyin-edib-
Oxunma sayı: 2567


“Qafqazinfo”nun xəbərinə görə, qurumun mətbuat xidmətinin rəisi Xatirə Qasımova modern.az-a bildirib ki, məlumat realllığı əks etdirmir:

“Yazılanların heç biri həqiqəti əks etdirmir”.

Qeyd edək ki, dünən bir çox mətbuat orqanında AzTV-nin sədri Arif Alışanovun özünə yeni müavin təyin etdiyi haqda informasiyalar yayılıb. İnformasiyada bildirilirdi ki, “İdman Azərbaycan” kanalının direktoru Elsevər Dünyamalıyev sədrə yeni müavin təyin olunub.