AzTV və “Haber Global”ın ortaq efirində Baydenin “erməni soyqırımı” ifadəsi müzakirə olundu - Video

aztv-ve-haber-globalin-ortaq-efirinde-baydenin-ermeni-soyqirimi-ifadesi-muzakire-olundu
Oxunma sayı: 1142

Aprelin 24-də ABŞ prezidenti Co Baydenin öz çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi həm Türkiyə, həm də Azərbaycan ictimaiyytində ciddi narazılıqla qarşılanıb.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin rəsmi qurumları və ictimai-siyasi xadimləri ABŞ-ın bu addımını qınayıblar.

Azərbaycan Televiziyası Türkiyənin “Haber Global” telekanalı ilə ortaq yayım təşkil edərək, ötən əsrin əvvəllərində bölgəmizdə cərəyan edən hadisələri, həmçinin dünya ictimaiyyətinin bu proseslərə reaksiyasını birlikdə müzakirəyə çıxarıb.