Azyaşlı 3-cü mərtəbədən yıxıldı, sağ qaldı

azyasli-3-cu-mertebeden-yixildi-sag-qaldi
Oxunma sayı: 701

Mingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.

Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.