Azyaşlı 6-cı mərtəbədən yıxılıb öldü - Bakıda

azyasli-6-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 3282

Bakıda azyaşlı binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Martın 18-də Binəqədi rayonunun Cavadxan küçəsində, azyaşlı Ələkbər Zərbəliyev yaşadığı evin pəncərəsindən (6-cı mərtəbədən) yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.