“Azyaşlı aktyorlarla cinsi əlaqədə olurlar...” - Şok iddia

azyasli-aktyorlarla-cinsi-elaqede-olurlar
Oxunma sayı: 5168

Elijah Wood Hollivudda kino ulduzlarının nizamlı olaraq cinsi istismara məruz qaldığını iddia edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı aktyor azyaşlı ulduzların kino sektorundan olan şəxslərlə cinsi əlaqədə olduğunu söyləyib.

“Sunday Times” qəzetinə danışan film ulduzu belə cinsi istismarın epidemiya halında olduğunu və sistem şəklində reallaşdığını bildirib.

O, 8 yaşında “Gələcəyə dönüş” filmi ilə bu aləmə qatıldığını, anasının aktyoru belə insanlardan vaxti ilə qoruduğunu deyib.

“Bu hadisələr mənim şahid olduğum şeylər deyil, izlədiyim sənədli filmlər və mövzu haqqında oxuduqlarımdan ortaya çıxan nəticələrdir. Məsələ ilə bağlı cinayət işi açılmalıdır”,-deyə Wood qeyd edib.