“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 1-də axşam saatlarında T.Bədəlov küçəsində Bakı şəhər sakini Ramiz Salmanova məxsus mağazanın şüşəsini sındırmaqla spirtli içkilər, tütün məmulatları və müxtəlif istehlak malları oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Hüseyin Məlikov, 1993-cü il təvəllüdlü Vüqar İsmayılov, 1991-ci il təvəllüdlü Rəşad Behbudov, qardaşı 1994-cu il təvəllüdlü Elşad Behbudov və 1990-cı il təvəllüdlü Şükür Novruzov tutulublar.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər