Azyaşlı qızı avtomobil vurub - Şamaxıda

azyasli-qizi-avtomobil-vurub
Oxunma sayı: 777

Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib.

Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.