Azyaşlı qızını qonşuda qoydu, qazdan zəhərləndi

azyasli-qizini-qonsuda-qoydu-qazdan-zeherlendi
Oxunma sayı: 2761

Bakının Sabunçu rayonunda iki nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” APA-ya istinadənxəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün veribmiş.