Metropark Əyləncə və Ticarət mərkəzində “Talant” tədris mərkəzinin Rəsm dərnəyinin azyaşlı tələbələrinin yaradıcılıq sərgisi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 16 yaşına çatmamış tələbələri həvəsləndirmək məqsədilə təşkil olunan sərgidə 14 gənc istedadın 30-dan çox əl işi nümayiş olunub. Tədbirdə uşaqlarla yanaşı onların valideynləri, müəllimləri və rəsmə marağı olan şəhər sakinləri də iştirak edib.
Sərginin gedişində tədris mərkəzinin direktoru Lalə Əliyeva və rəsm dərnəyinin müəlliməsi Nihal Əhmədova çıxış edərək, tələbələrindən razılıqlarını və bundan sonra daha böyük nailiyyətlərə imza atacaqlarına inandıqlarını bildiriblər. Sonda fərqlənən uşaqlar fəxri fərmanla təltif ediliblər.
Son xəbərlər
Son Xəbərlər