Bağlı qapı arxasında qalan uşaq xilas olunub.
"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dünən gecə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə eyvandan daxil olaraq yatmış vəziyyətdə aşkarlanmış uşağı aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər