Azyaşlı uşaqlar Bakı-Sumqayıt qatarının şüşələrini sındırdı

azyasli-usaqlar-baki-sumqayit-qatarinin-suselerini-sindirdi
Oxunma sayı: 1509

Dünən Bakı-Sumqayıt qatarı hərəkətdə olarkən şüşələri sındırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, elektrik qatarı Binəqədi rayonunun ərazisindən keçərkən kənardan atılan daşların pəncərələrə dəyməsi nəticəsində qatarın bir neçə vaqonunun şüşələri sınıb.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, qatarı daşlayanlar Rəsulzadə qəsəbə sakinləri – 12 yaşlı T. Və 11 yaşlı E.-dir. Araşdırma davam etdirilir.

Onların valideynlərinə xəbərdarlıq edilib.

Murad Əhməd