Azyaşlını it dişlədi

azyaslini-it-disledi
Oxunma sayı: 1471

Goranboyda altı yaşlı uşağı it dişləyib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2015-ci il təvəllüdlü Məmmədov Yusif Teymur oğlu evlərinin yaxınlığında oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.

Y.Məmmədov ailə üzvlərinin köməyilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona quduzluğa qarşı iynə vurulub, vəziyyətinin ota ağır olduğu bildirilir.

Tural Hüseynli