Azyaşlını oğurlayan qadına ağır cəza- - Sumqayıtda+Video

azyaslini-ogurlayan-qadina-agir-ceza-
Oxunma sayı: 1826


“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili Anar Qasımlı çıxış edib. Vəkil Xırda Babayevaya şərti cəza verilməsini xahiş edib.

Xırda Babayeva isə son söz deyib. Təqsirləndirilən şəxs hakimdən jurnalistlərin zaldan çıxarılmasını istəsə də, hakim bildirib ki, açıq proses olduğundan bunu etmək mümkün deyil.

X. Babayeva bildirib ki, onu bağışlamasalar da, həmin uşağa hər bir yardım etməyə hazırdır.

Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, X. Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.