Azyaşlını vuran sürücü özü qəzaya düşdü - Üç yaralı var

azyaslini-vuran-surucu-ozu-qezaya-dusdu
Oxunma sayı: 1882

Samuxda piyadanı avtomobillə vuran sürücü özü qəzaya düşüb. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1987-ci il təvəllüdlü Yaqub Qasımov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yola çıxan 2013-cü il təvəllüdlü Salahova Ayan Əli qızını vurub.

Sürücü xəsarət alan azyaşlını xəstəxanaya aparan zaman “Nissan” markalı maşınla toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü və “Nissan”ın sürücüsü, Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Əhangər Musa xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. “Nissan”ın sərnişini, 1993-cü il təvəllüdlü Məmmədov Tural isə yüngül xəsarət alıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Elmar Əli