Beyləqan şəhərində yaşayan azyaşlı uşağın əli ət maşının içərisində sıxılmış vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, azyaşlı təcili olaraq Ağçabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə uşağın əlini ət maşınınından çıxarıblar.
Son xəbərlər
Son Xəbərlər