Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

azyasliya-qeyri-etik-hereketler-eden-sexs-saxlanildi
Oxunma sayı: 4399

Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Həmçinin oxuyun: Скончался отец Мубариза Мансимова

Hazırda faktla bağlı araşdırma aparılır.

"Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur", - rəsmi məlumatda bildirilib.