AŞPA-da Xocalı Soyqırımı ilə bağlı yazılı bəyanat yayıldı

-aspa-da-xocali-soyqirimi-ile-bagli-yazili-beyanat-yayildi-
Oxunma sayı: 683

Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.

AŞPA-nın yazılı bəyanatında deyilir ki , Xocalı Soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş ən qeyri insani və kütləvi xarakterli terror aktlarından biridir.

Bəyanatda deyilir: Bu il fevralın 26-da 20 ili tamam olur ki, Ermənistan Silahlı Qüvvələri Rusiyaya (Sovet) məxsus 366-cı moto-atıcı, piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etmiş və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymuşdur. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilmiş, 8 ailə tamamilə məhv edilmişdir. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini bu soyqırım zamanı itirmişdir. 1275 mülki vətəndaş girov götürülmüşdür, onlardan 150-nin taleyi hələ də naməlumdur.

AŞPA-da qəbul edilən yazılı bəyanatında deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tmamilə yerlə-yeksan etmişlər.

Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüqüqi və siyasi qiymət verilməyə cağırılır. Sənəddə deyilir: Bütün bunları nəzərə alaraq biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti o cümlədən AŞPA-nı bu qeyri insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çagırırıq.