Bu il 80 nəfərdən artıq jurnalist həlak olub

-bu-il-80-neferden-artiq-jurnalist-helak-olub
Oxunma sayı: 686

“Qafqazinfo”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu rəqəm 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 19 nəfər azdır. Beynəlxalq Media İnstitutunun hesabatında vyanalı mütəxəssislər jurnalistlər üçü ən təhlükəli ölkənin Meksika olduğunu bildiriblər. Bu ölkədə bu ilin doqquz ayı ərzində 11 jurnalist həlak olub. İkinci yeri 9 nəfər jurnalist ölümü ilə İraq tutur.
Hesabatda yaxın Şərq və Şimali Afrikada mətbuat nümayəndələrinin ölümü ilə bağlı 24 hadisə qeyd olunub. Asiya regionunda 13 jurnalist həlak olub ki, bunların da 5 nəfəri Pakistanda həyatını itirib. Bundan əlavə, Afrikada 5, Avropada 2, Rusiyada isə 2 jurnalistin həlak olduğu bildirilir.