Dövlət qurumu “Akkord”u məhkəməyə verdi

-dovlet-qurumu-akkordu-mehkemeye-verdi
Oxunma sayı: 663

Belə ki, DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti sözügedən ASC-nin törəməsi olan “Akkord Qum ” MMC-dən fondda olan 8 min manata yaxın borclarının ödənilməsini tələb edən iddialarına bəzi ciddi əlavələr etməklə, məhkəməyə üz tutublar.

Bu barədə MİA-ya Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, fondun pul tələbi əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində araşdırılsa da, «Akkord»un törəməsi olan MMC bu məhkəmə instansiyasında haqlı sayılıb: «Lakin dövlət qurumu bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır. Bu dəfə DSMF MMC-dən nəinki məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulmasını, hətta cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılmasını da məhkəmə tələbinə əlavə edib. Martın 13-də nəzərdə tutulan proses qarşıdan bayram günlərinin gəlməsi ilə əlaqədar martın sonuna təxirə salınıb».