Hacıqabulda baş verən partlayışın videosu yayıldı - Video, partlayış anı

-haciqabulda-bas-veren-partlayisin-videosu-yayildi-video-partlayis-ani
Oxunma sayı: 690




Hacıqabulda ötən gün baş verən partlayış “Azpetrol”un müşahidə kamerası tərəfindən lentə alınıb. “Qafqazinfo” partlayış anın təqdim edir.

Hacıqabul rayonunda baş verən partlayışda yaralananlardan biri Etibar Səfərov Bakının 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Mərkəzində vəfat edib.

Xəstəxananın növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, Hacıqabuldan vertolyotla gətirilən digər 7 yaralıya tibbi yardım və müalicə göstərilir. 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

"Azpetrol" şirkətinin Hacıqabul rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölən və yaralanan şəxslərin siyahısı açıqlanıb.

Hadisə zamanı Hacıyev Çingiz İdris oğlu (Şərur rayon sakini) və Babayev Eldar (Kürdəmir rayon sakini) həlak olub.

Hacıqabul rayon Mərkəzi Xəstəxanasından Trend-ə bildirilib ki, çərşənbə axşamı xəstəxanaya yerləşdirilən yaralılar bunlardır: Taleh Fərhad oğlu Əhmədov, Səidə Knyaz qızı Həmidova, Fərman Nadir oğlu Aslanov, Pərvin Elçin oğlu Məmmədov, Elnarə Knyaz qızı Həmidova (hamısı Gəncə sakinləri), Elnurə Arif qızı Məmmədova, Etibar Tofiq oğlu Səfərov, Ellada Əmiraslan qızı Kərimova (Bakı sakinləri), Naibə Şamxal qızı Quliyeva (Sumqayıt sakini), Aydan Elnur qızı İbrahimova (Samux rayonu sakini), David Rostomoviç Çoxselia (Gürcüstan vətəndaşı).

Xəstələrdən üçü - Elnurə Məmmədova, Aydan İbrahimova və David Çoxselia vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.

Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 2 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb.

Hac_qabuldak_partlay_an.flv