Jurnalistlər üçün elan olunan yazı müsabiqəsi davam edir

-jurnalistler-ucun-elan-olunan-yazi-musabiqesi-davam-edir
Oxunma sayı: 650


Xatırladaq ki, müsabiqənin şərtlərinə görə yazılar müsabiqə keçirilən müddət ərzində təqdim olunmalı və şərtlərdə göstərilən KİV orqanlarının birində dərc və ya yerləşmə olunmalıdır. Məqalələrin təqdim olunmasından sonra, münsiflər bir neçə gün ərzində yazıları qiymətləndirəcək və yekun qərar veriləcək. Sonda 1-ci yerin qalibinə Samsung Galaxy SIII, 2-ci və 3 –cü yerləri tutmuş qaliblərə isə dəyərli hədiyyələr təqdim olunacaq.

Müsabiqənin şərtləri:

• Müsabiqədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş KİV orqanlarında - informasiya agentliyi, portal, qəzet, jurnallarda çalışan jurnalistlər iştirak edə bilər;

• Müsabiqə 21 iyul - 21 avqust 2012-ci il tarixləri arasında keçiriləcək;

• Yazılar müsabiqə keçirilən müddət ərzində təqdim olunmalıdır və şərtlərdə göstərilən KİV orqanlarının birində dərc olunmalıdır;

• İştirakçılara yaş məhdudiyyəti qoyulmur;

• Yazını təqdim edərkən müəllif öz adını və soyadını, çalışdığı KİV orqanını, yazının dərc (yerləşmə) olunduğu KİV orqanının bir nüsxəsini və ya sayt olduğu halda linkini göstərmək şərti ilə [email protected] email ünvanına təqdim etməlidir.