“Paşa” MMC-nin rəhbəri həbs olundu

-pasa-mmc-nin-rehberi-hebs-olundu
Oxunma sayı: 689

“Qafqazinfo”nun məlumatına görə, həmin şəxs 42 yaşlı Qənirə İsmayılovadır. O, 2 ay əvvəl Gəncə sakini olan Rəna adlı qadından 103 min dollar alaraq mənimsəyib. Q. İsmayılova fırıldaq əməlini həyata keçirmək üçün oğlunun xəstə olmasından istifadə edib. Guya onun oğlunun başında bədxassli şiş aşkarlanıb. Bunun müalicəsi üçün külli miqdarda pul lazımdı. Pulu aldıqdan sonra isə Belarusa qaçıb. Həmin ölkədə həbs olunan Q. İsmayılova bir neçə gün əvvəl Azərbaycana ekstradisiya olunub.

İlkin dindirmə zamanı bildirib ki, dələduzluq yolu əldə etdiyi 103 min dolları oğlunun müalicəsinə xərcləsə də, uşaq dünyasını dəyişib. Fırıldaq əməli ilə əldə etdiyi qənimətin dəqiq məbləğini bilməyən Q. İsmayılova bunun 200 min dollardan çox olduğunu etiraf edib.

Qeyd edək ki, Q. İsmayılova əvvəllər 2 saylı Tibb Texnikumunda direktor müavini işləyib və o vaxt dələduzluq etdiyinə görə məhkəmədən cərimə il canını qurtara bilib. Hazırda fəaliyyət göstərməyən “Paşa” MMC-nin rəhbəridir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Onun dələduzluq əməlinin qurbanlarının sayının artacağı ehtimal olunur.