“Rəqib güclüdür, bu, son şansdır”

-reqib-gucludur-bu-son-sansdir
Oxunma sayı: 663

Unibank Premyer liqasının başa çatmasına 5 tur qalıb. Artıq çempionluq və Avrokuboklara vəsiqə uğrunda mübarizədə 4 komandanın iddialı olduğunu deyə bilərik. Bunlardan biri də “Qarabağ”dır. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu barədə “Qafqazinfo”ya açıqlama verib. Təcrübəli mütəxəssis çempionluq şanslarının az olduğunu qeyd edib: “Sona 5 tur qalıb və biz ilk pillədəki “Neftçi”dən 7 xal geridəyik. Real yanaşsaq, artıq “Qarabağ”ın çempionluq şansları qalmayıb. Buna baxmayaraq, birincilik uğrunda sona kimi mübarizə aparacağıq. Avroliqaya qatılmaq şansımız izə daha böyükdür. Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. Rəqib güclüdür. Həm də bilirik ki, bu oyun onların Avrokuboklara vəsiqə qazanmaq üçün son şansıdır. Bu səbəbdən oyun çox çətin olacaq”.

Bu mövsüm Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ”ın çalışdırıcısı qrup mərhələsinə vəsiqə qazanmaq üçün Çempionlar Liqasının daha əlverişli olduğunu bildirib: “Çempionlar Liqası Avroliqadan daha gec başlayır və belə olan halda hazırlaşmaq üçün daha çox vaxtımız qalır. Həmçinin ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayırıq. Münasib rəqiblər olsa, qrup mərhələsinə vəsiqə qazana bilərik. Avrokuboklara vəsiqə qazansaq, heyəti gücləndirmək barədə də düşünəcəyik. Lakin hələ ki diqqətimizi çempionat oyunlarına vermişik”.

Ceyhun Əhmədov