Türkiyəyə edilən yardım İngiltərəni qarışdırıb

-turkiyeye-edilen-yardim-ingiltereni-qarisdirib
Oxunma sayı: 668

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərə görə, İngiltərə mətbuatı təkcə İngiltərənin Türkiyəyə 80 milyon funt-sterlinq ödəmənin təmin etdiyini yazıb. Media bu məbləğin İngiltərədə vergi ödəyicilərinin cibindən çıxdığına diqqət çəkib.

İngiltərənin “Daily Mail” qəzeti ilə iqtisadiyyat saytı olan “This is Money”in geniş yer verdiyi xəbərdə AB-yə üzv olmaq istəyən Türkiyənin İngiltərənin də daxil olduğu Avropa Birliyi Fondundan ən çox pay alan ölkə olduğu vurğulanıb.

Xəbərə görə, Türkiyə keçən il Avropa Birliyi Fondundan 570 milyon funt-sterlinq həcmində yardımın 80 milyonunu İngiltərədən alıb.

Türkiyədən “AB-dən ən çox pay alan və sürətlə böyüyən orta gəlirli ölkə” olaraq bəhs edilən xəbərdə ayrılan yardımların bir qisminin yüzlərlə türk tələbənin təqaüdlərinə və onların Avropa səyahətəri üçün xərcləndiyi vurğulanıb.