1/4 finalda 3 Azərbaycan təmsilçisi

14-finalda-3-azerbaycan-temsilcisi
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, Çempionlar Liqasında “Azərreyl” evdə “Volero”nu darmadağın edərək ən güclü 8 komanda arasına düşüb.

Azərbaycanı “Çelenc Kap” turnirində təmsil edən “Bakı” və “Lokomotiv” də “quru” qələbə ilə adını 1/4 finala yazdırıb. “Bakı” Xorvatiyada “Rieka”nı, “Lokomotiv” isə Serbiyada “Vizura”nı məğlub edib.
Çempionlar Liqasındakı daha bir təmsilçimiz bu gün meydana çıxacaq. “Rabitə” Polşanın “Atom” klubundan ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

8 fevral
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “VOLERO” (İSVEÇRƏ) - 3:0 (25:17, 25:18, 25:14)
Hakimlər: Andrey Zenoviç (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)
Bakı İdman Sarayı
İlk oyun
“VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)

“Çelenc Kap”

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

“VİZURA” (SERBİYA) - “LOKOMOTİV” (AZƏRBAYCAN) - 0:3 (18:25, 7:25, 19:25)
Hakimlər: Tim Kaaber (Norveç), Audrius Qarqasas (Litva)
SC Vizura, Belqrad
İlk oyun
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VİZURA” (SERBİYA) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)


“RİEKA” (XORVATİYA) - “BAKI” (AZƏRBAYCAN) - 0:3 (17:25, 21:25, 18:25)
Hakimlər: İvan Momirov (Bolqarıstan), David Fernandes (İspaniya)
Dvorana Mladost, Rieka
İlk oyun
“BAKI” (AZƏRBAYCAN) – “RİEKA” (XORVATİYA) - 3:0 (25:14, 25:16, 25:21)

Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

9 fevral
17:00. “RABİTƏ” (AZƏRBAYCAN) – “ATOM” (POLŞA)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Yuri Bakunoviç (Belarus)
“Sərhədçi” Olimpiya Mərkəzi
İlk oyun
“ATOM” (POLŞA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)


Ceyhun Əhmədov