19 milyard 810 milyon manat – Xərc

19-milyard-810-milyon-manat-xerc
Oxunma sayı: 649

Bunu maliyyə naziri Samir Şərifov 2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisin beş komitəsinin birgə iclasında müzakirəsi zamanı bildirib. O, bildirib ki, büdcənin mədaxil hissəsi 100 faiz icra olunacaq.

S. Şərifov həmçinin bildirib ki, 2013-cü ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2013-2016-cı illər üzrə AR-nın makro- iqtisadi proqnoz göstəriciləri, o cümlədən gələn ilin ümumdaxili məhsulun 5,3 %-nin, qeyri- neft ÜDM-un isə 11,7 %-nin artım sürəti əsas götürülüb. Nazirin sözlərinə görə, dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilib: “2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-un 34,2 %-i həcmində olacaq ki, bu da 2012-ci illə müqayisədə 1 % çox deməkdir".

Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat və ya 2012-ci ilin praqnozuna nisbətən 12,4 %, keçən ilin faktiki icrasına nisbətən isə 22 % çox nəzərdə tutulur.

Maliyyə naziri onu da vurğulayıb ki, Vergilər nazirliyi tərəfindən 2013-cü ildə dövlət büdcəsinə 6 milyard 400 milyon manatın daxil olması nəzərdə tutulub ki, bu da 2012-ci ilin göstəricilərinə nisbətən 8,3 % və yaxud 488,4 milyon manat çox daxilolmalar nəzərdə tutulub, keçən ilin faktiki icrasına nisbətən isə 17 % çox deməkdir.

Gömrük komitəsi xətti üzrə isə 2013-cü ilin dövlət büdcəsinə 1 milyard 380 milyon manat gəlirlərin verilməsi praqnozlaşdırılır. Bu da cari illə müqayisədə 5 % çoxdur. keçən ilin faktiki icrasına nisbətən isə 20,9 % artıqdır. Dövlət Neft Fondunun dövlət büdcəsinə tranferi 11 milyard 350 milyon manat məbləğində hesablanıb. Keçən illə müqayisədə 1 milyard 445 milyon manat çoxdur: “Gələn il dövlət büdcəsinin xərcləri 19 milyard 810 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da bu ilə nisbətən 12, 1 % çoxdur. keçən ilin faktiki icrasına nisbətən isə 28,7 % çox deməkdir”.