“2012-dən heç nə gözləmirəm!” – Səsvermə

2012-den-hec-ne-gozlemirem-sesverme
Oxunma sayı: 659

“Qafqazinfo”nun keçirdiyi Yeni illə bağlı oxucuların gözləntilərinə həsr olunan sorğu davam edir. “2012-ci ildən nə gözləyirsiniz?” başlığı ilə təqdim edilən sorğuda aktual olan bir neçə variant təqdim olunub.

Bu günədək sorğuda 1920 nəfər iştirak edib. Səsverənlərin çoxu - 580 nəfəri 2012-dən heç nə gözləmədiyini deyib. 501 nəfər vəziyyətin indikindən də pis olacağı, 329 nəfəri isə azərbaycanda inqilab olacağı qənaətindədir. Səsverənlərin cox az hissəsi - 30 nəfəri bütün müxalifətin birləşəcəyinə və 28 nəfəri hicab qadağasının götürüləcəyinə ümid edir.

Qeyd edək ki, sorğuda iştirak etmək üçün oxucular saytın sağ sütununda yerləşdirilən sorğu rubrikasına müraciət edib səs verə bilərlər.
Sorğu ilin sonuna kimi davam edəcək. Sorğuda hər İP-dən gündə bir dəfə səs vermək mümkündür.

Nigar Məmmədli