B3 stansiyası nə vaxt istifadəyə veriləcək?

b3-stansiyasi-ne-vaxt-istifadeye-verilecek
Oxunma sayı: 2098

Bakı metrosunda B3 stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. 

Bu barədə “Qafqazinfo”ya məlumatı “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov verib.

O bildirib ki, hazırda həmin ərazilərdə təmir-tikinti işləri davam etdirilir.

Qeyd edək ki, şərti adı B3 olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

Günel Hacı