35 nəfər polis orqanlarından xaric olunub

35-nefer-polis-orqanlarindan-xaric-olunub
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, bu barədə respublikanın daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetində dərc olunmuş “Asayişin və sabitliyin keşiyində” başlıqlı məqaləsində bildirib.
Nazir vurğulayıb ki, bu dövrdə 34 minə yaxın odlu silah yığılıb. “Eyni zamanda, son 17 ildə odlu silahdan istifadə ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb”, - deyə o qeyd edib.
DİN rəhbəri bildirib ki, hesabat dövründə axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb.
Nazir vurğulayıb ki, həyata keçirilən profilaktik tədbirlər nəticəsində bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. “İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90%-ə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Müqayisə üçün bildirim ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır”, - deyə R.Usubov qeyd edib.
DİN rəhbərinin məlumatına görə, ötən 20 ildə polisin və Daxili Qoşunların 67 əməkdaşı və hərbi qulluqçusu Milli Qəhrəman adına, 832 nəfər dövlətin orden və medallarına, 17 nəfər digər fəxri adlara layiq görülüb.
Ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3%-dən 90%-dək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3%-dən 76,4%-dək yüksəlib.
“Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə təkcə cari ilin 9 ayında 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub”, - deyə R.Usubov vurğulayıb.

İnterfaks